Albert Kamyu - Taun
Kitabda söylənilən qəribə əhvalatlar 194...-cı ildə Oran şəhərində baş verib. Əslində əhvalatlar adilikdən çıxarılıb və yerləri dəyişdirilib. İlk baxımda Oran doğrudan da adi bir şəhər, Əlcəzairin dəniz sahilində yerləşən fransız əyalətidir. Əvvəlcədən e’tiraf etməliyik ki, şəhərin özü yaraşıqsızdır. Görkəmi sakit görünsə də, onu başqa ticarət şəhərlərindən fərqləndirən cəhətləri sezə bilmək üçün xeyli vaxt lazımdır. Məsələn, göyərçini, ağacı, bağı olmayan, qanad çırpıntısı, yarpaq xışıltısı eşidilməyən bir şəhəri, öz sifəti bilinməyən bir yeri necə təsvir etmək olar? Burada fəsillərin dəyişməsini ancaq səmadan bilmək olur. Baharın gəlişi də ancaq havanın ətrindən və tacirlərin əyalətdən gətirib satdıqları gül dəstələrindən duyulur. Yayda istinin gücündən dam örtüyü çox qızmış evlər od tutub yanır, divarlar boz küllə örtülür. Qapı-pəncərəni bağlayıb, evdə gizlənməli olursan. Payızda isə leysandan sonra hər yan palçıq olur. Ancaq qış gələndə xoş günlər başlayır.
YÜKLƏ
Kaydol:
Kayıt Yorumları (Atom)

Hiç yorum yok:
Yorum Gönder