Kitabça Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə
maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Hiç yorum yok:
Yorum Gönder